Avtomobil idmanında şok: “Alpin” WEC-dən gedə bilər
İdman
31.01.2026 12:11
“Renault” konserninin avtomobil idmanındakı fəaliyyəti yaxın illərdə əhəmiyyətli dərəcədə azala bilər.
TodayPress TV The Race-ə istinadən xəbər verir ki, 2026 mövsümü “Alpin” komandası üçün Dözümlülük üzrə Dünya Çempionatı (WEC) sonuncu ola bilər.
Mənbənin bildirdiyinə görə, “Daçia” brendinin “Dakar” rallisində iştirakı da sual altındadır. Hətta Nasser Al-Attiya 2026-cı ildə “Dakar”da qələbə qazansa da, layihə qısamüddətli olaraq nəzərdən keçirilir.
Bundan əlavə, “Renault” Viri-Şatiyon bazasının bağlanmasını da planlaşdırır. Əvvəllər “Formula-1” mühərrikləri üzərində işləyən bu obyektdə 300–350 işçi çalışır. Konsern 2026-cı ildən öz motor proqramını “Formula-1”də dayandırdıqdan sonra, mühüm mühəndis layihəsi olmadan bazanın saxlanması iqtisadi baxımdan çətinləşib.
Həmçinin, “Alpin” brendinin müstəqil bölmə kimi inkişaf etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr qalır. 2025-ci ildə yol avtomobillərinin satışları iki dəfədən çox artmasına baxmayaraq, brend hələ də zərərlidir.
Vəziyyət “Alpin” komandasının “Formula-1”də gələcəyinə də təsir göstərir. Orta müddətli perspektivdə komandanın adının dəyişdirilməsi də daxil olmaqla dəyişikliklər mümkün ola bilər.
Namiq HUN
tag: Renault,WEC,Alpin,Yarış,Todaypress.tv,
