Avropa yükü ağırdır: “Qarabağ” PFL-ə müraciət etdi
İdman
03.02.2026 12:35
“Qarabağ” klubunun Azərbaycan Premyer Liqasında növbəti oyununun təxirə salınması gündəmə gəlib.
TodayPress TV futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasındakı (ÇL) çıxışı ilə əlaqədar XXI turda keçirilməli olan matçının başqa tarixə təyin olunması üçün müraciət edib.
Ağdam təmsilçisi 18 və 24 fevral tarixlərində ÇL-in pley-off mərhələsində İngiltərənin “Nyukasl Yunayted” klubu ilə tarixi oyunlara çıxacaq. Komanda isə 20–22 fevral tarixləri aralığında ölkə çempionatında əzəli rəqibi “Neftçi” ilə üz-üzə gəlməlidir.
Altı gün ərzində iki ağır avrokubok qarşılaşmasının keçiriləcəyini nəzərə alan “Qarabağ” bu səbəbdən Peşəkar Futbol Liqasına (PFL) daxili çempionat matçının təxirə salınması ilə bağlı rəsmi müraciət ünvanlayıb.
Namiq HUN
tag: Qarabağ,Liqa,Futbol,Klub,Todaypress.tv,
