Avropa liqalarında toxunulmaz iki komanda
İdman
30.12.2025 11:16
Münhen “Bavariya”sının baş məşqçisi Vensan Kompani və “Portu” klubunun baş məşqçisi Françesko Farioli milli çempionatlarda mövsümün birinci yarısını məğlubiyyətsiz başa vuran yeganə mütəxəssislər olublar.
TodayPress TV xəbər verir ki, Kompani Bundesliqada 15, Farioli isə Portuqaliya çempionatında 16 oyundur məğlubiyyət üzü görməyib.
“Portu” 16 turdan sonra 46 xalla Portuqaliya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda ikinci pillədə qərarlaşan “Sportinq”i 5 xal qabaqlayır.
“Bavariya” da Almaniya Bundesliqasında inamlı liderdir. Münhen təmsilçisi 15 turdan sonra 41 xal toplayıb və ikinci yerdə olan Dortmund “Borussiya”sını 9 xal geridə qoyur.
Namiq HUN
tag: Bavariya,Vensan Kompani,Portu,Françesko Farioli,Todaypress.tv,
Futbolda böyük pullar: ən çox qazanan klub açıqlandı
03.04.2026
AFFA 2025-ci ildə futbol klublarına UEFA tərəfindən ayrılan maliyyə vəsaiti ilə bağlı hesabatı açıqlayıb.TodayPress TV x...
Azərbaycan-Macarıstan oyununun biletləri satışa çıxarıldı
19.05.2025
Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb.TodayPress Tv xəbə...
Şantaj qalmaqalı: futbolçuya qarşı təhdid işi üzrə hökm verildi
08.12.2025
“Tottenhem” klubunun sabiq futbolçusu Son Hın Mini şantaj edən iki nəfər həbs edilib.TodayPress TV-nin “Yonhap” agentliy...
Bedri Meriç: "Planlarımızı gerçəkləşdirə bilmədik"
18.01.2026
"Şəki" basketbol klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XIII turunda "Sabah"a məğlub olduqları...
İslamiada: Azərbaycan idmançıları bu gün iki növdə mübarizə apacaqlar
16.11.2025
Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün iki n...
Taekvondoçularımız Bolqarıstanda 3 medal qazandılar
16.05.2025
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal...
Cüdoçumuz Zaqrebdə himnimizi səsləndirdi
17.11.2025
Xorvatiyada keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb. TodayPress TV xəbər verir ki, son yarış günündə millim...
"Fənərbağça"nın prezidenti saxlanıldı
24.12.2025
"Fənərbağça" klubunun prezidenti Sadettin Saran narkotik maddə tədarükü, narkotik istifadəsini asanlaşdırmaq və narkotik...
EFE Qurban Qurbanovla bağlı yazı dərc etdi
16.09.2025
İspaniyanın EFE informasiya agentliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla bağlı yazı hazırlayıb.TodayPress TV xəb...
Amerikalı döyüşçü UFC-dən uzaqlaşdırıldı
11.07.2025
Amerikalı döyüşçü Mett Braun UFC-dən uzaqlaşdırılıb.TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, iştirakçıların...
