Astana möhtəşəm UEFA finalına hazırlaşır!
2028-ci il UEFA Superkubokunun keçiriləcəyi stadion açıqlanıb.
TodayPress TV Avropanın ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 2028-ci il UEFA Superkuboku matçı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Qarşılaşma “Astana Arena” stadionunda baş tutacaq. Oyun 2028-ci ilin yayında keçiriləcək.
Superkubok uğrunda görüşdə 2027/2028-ci illər mövsümünün UEFA Çempionlar Liqasının qalibi ilə həmin mövsümün UEFA Avropa Liqasının ən güclü komandası üz-üzə gələcək. Kubokun sahibi bir oyundan ibarət qarşılaşmada müəyyənləşəcək.
Qeyd edək ki, UEFA Superkubokunun hazırkı qalibi Fransanın PSJ klubudur. Paris təmsilçisi kubok uğrunda görüşdə İngiltərənin “Aston Villa” komandasını 2:1 hesabı ilə məğlub edib. Qarşılaşma avqustun 12-də Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da keçirilib.
Namiq HUN