Arda Turan Ukraynada ilin məşqçisi seçildi

Arda Turan Ukraynada ilin məşqçisi seçildi
14.06.2026 22:53 İdman

Arda Turan Donetsk "Shakhtar Donetsk" klubunun baş məşqçisi Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğunun nəticələrinə əsasən, birinci yeri Arda Turan tutub. İkinci pillədə "LNZ" klubunun baş məşqçisi Vitali Ponomaryov qərarlaşıb, ilk üçlüyü isə "Ruslan Rotan"ın rəhbərlik etdiyi "Polessya" komandasının baş məşqçisi tamamlayıb.

Qeyd edək ki, 2025/26 mövsümündə Arda Turanın rəhbərlik etdiyi "Şaxtyor" Ukrayna çempionu olub. Komanda həmçinin UEFA Konfrans Liqasında yarımfinal mərhələsinədək yüksəlib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər