Arda Güler Türkiyə futbolunun zirvəsində

Arda Güler Türkiyə futbolunun zirvəsində
13.12.2025 09:30 İdman

“Real Madrid” klubundakı baxımlı oyunu ilə diqqət çəkən Arda Gülerin bazar dəyəri yüksəlib.

TodayPress TV xəbər verir ki, transfer qiyməti 45 milyon avrodan 90 milyona yüksələn Arda Türkiyə futbol tarixində ən yüksək bazar dəyərinə nail olan futbolçu adını qazanıb.

20 yaşlı futbolçu, öz mövqeyində dünyanın ən dəyərli 5 futbolçusundan biridir.

Arda Güler cari mövsüm “Real”ın heyətində meydana çıxdığı 22 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər