“Araz-Naxçıvan”da Elmar Baxşıyev məsələsi gündəmdə
İdman
16.12.2025 14:40
“Araz-Naxçıvan” klubunda baş məşqçi Elmar Baxşıyevlə bağlı vəziyyət mürəkkəbləşib.
TodayPress TV sportinfo.az saytına istinadən xəbər verir ki, mütəxəssis öz istəyi ilə vəzifəsindən ayrılmaqdan imtina edib və yalnız təzminat ödəniləcəyi halda klubla yollarını ayıracağını bildirib.
“Araz-Naxçıvan” klubu ilə müqaviləsi 2026-cı ilin iyununadək qüvvədə olan baş məşqçi E.Baxşıyev anlaşmanın qarşılıqlı razılaşma əsasında ləğvi təklifini qəbul etməyib. Gənc mütəxəssis rəhbərlikdən 75 min manat kompensasiya istəyir.
Qeyd edək ki, Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov komandanın səfərdə “Qarabağ”a (1:5) məğlubiyyətini “qəbuledilməz” adlandırıb. O, “Araz-Naxçıvan”ın geriləməsinin əsas səbəbkarının məhz baş məşqçi olduğunu bildirib.
Namiq HUN
tag: Elmar Baxşıyev,Araz-Naxçıvan,Baş məşqçi ,Klub,Todaypress.tv,
