“Araz-Naxçıvan” daha bir futbolçusu ilə anlaşdı

“Araz-Naxçıvan” daha bir futbolçusu ilə anlaşdı
02.06.2025 10:36 İdman

“Araz-Naxçıvan” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. 

O, yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, daha əvvəl klub rəhbərliyi İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla yeni müqavilə imzalayıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər