Ançelotti Neymarı kənarda saxladı: braziliyalı ulduzdan sərt reaksiya

Ançelotti Neymarı kənarda saxladı: braziliyalı ulduzdan sərt reaksiya
17.03.2026 10:59 İdman

Neymar Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin onu yığmaya dəvət etməməsi qərarına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, forvardın sözlərini “Footmercato” nəşri yayıb.

“Bunu burada deyəcəyəm, çünki diqqətdən kənarda qoya bilmərəm. Əlbəttə, milliyə çağırılmadığım üçün məyusam və üzülmüşəm. Amma işləməyə davam edirəm - gündən-günə, məşqdən məşqə, oyundan oyuna. Diqqətimi itirmirəm. Biz hədəfimizə çatacağıq. Yekun heyət hələ qarşıdadır”, – deyə Neymar bildirib. 

Qeyd edək ki, Braziliya millisi martın 26-da Fransa komandası, aprelin 1-də isə Xorvatiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər