Alonso "Real Madrid"ə baş məşqçi təyin olundu

Alonso "Real Madrid"ə baş məşqçi təyin olundu
25.05.2025 18:45 İdman

İspaniyalı Xabi Alonso "Real Madrid"də baş məşqçisi vəzifəsinə təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Alonso ilə müqavilə 30 iyun 2028-ci ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, 2021-ci ildən "kral klubu"na italiyalı Karlo Ançelotti başçılıq edirdi, o həmçinin 2013-2015-ci illərdə də klubda çalışmışdı. Əvvəllər Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi təyin edildiyi bildirilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər