AFFA-nın skautları Almaniyada iki gənc futbolçunu nəzarətə götürdü

AFFA-nın skautları Almaniyada iki gənc futbolçunu nəzarətə götürdü
12.12.2025 16:58 İdman

AFFA Almaniyanın “Qröyter Fürt” klubunda çıxış edən azərbaycanlı futbolçu Tuncay İsmayıllını izləyir.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev məlumat verib.

O, 2011-ci il təvəllüdlü futbolçunu diqqətdə saxlayacaqlarını bildirib:

“Tuncay yarımmüdafiəçidir. Bir həftə əvvəl onun haqqında məlumat verilib. Futbolçunun videolarına baxacağıq. Bəyəndiyimiz halda aşağı yaş qrupları üzrə yığmaya dəvət edəcəyik”.

B.Musayev Almaniyanın “Essen-Şönebek” klubunda forma geyinən Murad Həmidovu da izlədiklərini bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər