3x3 basketbol: Millimiz yarımfinala yüksəldi
Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi Avropa Çempionatının yarımfinalına yüksəlib.
TodayPress TV xəbər verir ki, sentyabrın 13-də Belçikanın Antverpen şəhərində keçirilən Avropa Çempionatında həlledici oyunlara start verilib. Millimiz 1/4 final mərhələsində Fransa seçməsi ilə qarşılaşıb və rəqibini 20:15 hesabı ilə məğlub edib.
Bu nəticə ilə Azərbaycan millisi turnirin yarımfinalına vəsiqə qazanıb. Yarımfinalda komandamız İspaniya millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.