Qazaxda çayda batan yeniyetmə son anda xilas edildi - YENİLƏNDİ

Qazaxda çayda batan yeniyetmə son anda xilas edildi - YENİLƏNDİ
02.07.2026 19:45 Hadisə

Qazaxda çayda batan 2012-ci il təvəllüdlü M.Sadıqov xilas edilib.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, yeniyetmə sudan çıxararılaraq təcili yardım birqadasına təhvil verilib.

Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

18:37

Qazaxda bir nəfər çayda batıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisindən keçən Coğaz çayında batan şəxsin yeniyetmə olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Hazırda yeniyetmənin axtarışları davam etdirilir.

XƏBƏR LENTİ
02 IYUL 2026
Bütün Xəbərlər