NİİM: Texniki nasaz avtomobil qəzaya səbəb olub

NİİM: Texniki nasaz avtomobil qəzaya səbəb olub
07.07.2025 10:24 Hadisə

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində avtomobillərdən biri texniki nasazlıq səbəbindən yolun orta zolağında dayanıb. Yalnız qəza dayanma işıqlarını yandıran sürücü digər təhlükəsizlik tədbirləri görmədiyindən arxadan gələn nəqliyyat vasitəsi ona çırpılıb. Mərkəzin əməkdaşlarının yol polisi ilə koordinasiyalı iş nəticəsində evakuator cəlb olunaraq qəzada iştirak edən avtomobillərin yoldan kənarlaşdırılması işləri görülüb. Nəticədə uzun müddətli nəqliyyat sıxlığının yaranmasının qarşısı alınıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edərək bildirir ki, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin müvafiq bəndləri əsas götürülərək təhlükəsizlik qaydalarına riayət edilməlidir. Avtomobildə texniki problem yarandıqda sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Bu zaman qəza işıqları yandırılmalı və xüsusi nişandan istifadə edilməlidir.

XƏBƏR LENTİ
03 IYUN 2026
Qalibaf: İrana qarşı boş təhdidlər dövrü başa çatıb 23:42 VAZ və "Mitsubishi" toqquşdu: Bir yaralı, bir ölü 23:05 Rusiya səfiri Britaniya XİN-ə çağırıldı 23:09 DÇ-2026: İran millisinin oyunçuları viza aldılar 22:16 "Hizbullah" Bofor qalasındakı İsrail əsgərlərini hədəf aldı 22:56 Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi 21:43 Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli oldu 22:29 Bu ölkə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilmədi 21:34 Rusiya Ermənistan məhsullarını Azərbaycanla əvəz edir? - Putinin xüsusi nümayəndəsi açıqladı 22:17 Elçibəyin Zəngəzur dəhlizi planı niyə baş tutmayıb? – Sabiq köməkçidən tarixi açıqlama 21:02 Amerika nüvə silahları Rusiya sərhədlərinə yaxınlaşa bilər 22:00 Rubiodan "TRIPP" açıqlaması: "Əhəmiyyətli imkanlar yaradacaq" 21:15 Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi 21:37 Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır 20:57 Cəfər Əsədova yüksək vəzifə verildi 20:17 Trampın Ankaradakı NATO Sammitində iştirakı təsdiqləndi 21:05 Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir" 20:59 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi 20:19 "Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro 20:44 ABŞ-də güclü zəlzələ oldu 20:26 Azərbaycanın Bəhreyndə yeni səfiri fəaliyyətə başladı 19:59 Avtomobil satışı adı altında dələduzluq edən şəxs saxlanıldı 20:11 İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi” 20:11 Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı 19:48 Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO 19:53 Bütün Xəbərlər