İtkin-şəhid Dəyanət Musayev dəfn edildi
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Salik oğlu Musayevin nəşinin qalıqları bu gün doğulduğu Ucar rayonunun Boyat kəndində ailəsinə təhvil verilib.
TodayPress TV xəbər verir ki, kənddə keçirilən vida mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib.
Vida mərasimindən sonra şəhid Dəyanət Müsayevin qalıqları doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Dəyanət Müsayev 1973-cü ildə Ucar rayonu, Boyat kəndinə doğulub. 1994-cü ilin fevralında Murovdağ silsiləsində itkin düşüb.
Onun qalıqları itkin düşdüyə ərazidə aşkar edilib. Ekspertiza nəticələri təsdiqləndikdən sonra bu barədə ailəyə rəsmi məlumat verilib.