Gəncədə açıq ərazidə məişət tullantıları və ağaclar yandı

Gəncədə açıq ərazidə məişət tullantıları və ağaclar yandı
09.08.2025 04:34 Hadisə

Gəncədə yanğın olub.

TodayPress TV Unikal”a istinadən bildirir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində baş verib. Sözügedən ünvanda açıq ərazidə məişət tullantıları və bir neçə ağac anidən yanıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazilər və yaxınlıqda olan evlər yanğından mühafizə olunub .

Baş verən yanğının  səbəbləri araşdırılır.

XƏBƏR LENTİ
19 IYUL 2026
Bütün Xəbərlər