Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu

Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu
24.06.2026 11:12 Hadisə

“Dr. Gülü” kimi təqdim edən Gülbədə Əliqismət qızı Abdullayeva İnci Babayeva adlı pasiyentə uğursuz əməliyyat edib.

TodayPress TV xəbər verir ki, şikayətçi pasiyent sosial şəbəkədə paylaşdığı açıqlamada özünü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda olub. Daha sonra o, araşdırmanın aparılması üçün Nəsimi Rayon Prokurorluğuna yönləndirilib. İnci Babayeva qeyd edib ki, burada prokurorun baş köməkçisi tərəfindən qəbul olunub, ərizə yazaraq izahat verib və şikayət-tələblərini təqdim edib.

Ona aldığı xəsarətlərlə bağlı 3 gün sonra ekspertiza müayinəsi təyin edilib. Pasiyent prosesin nəticələrini gözlədiyini və məsələnin qanun çərçivəsində araşdırılacağına ümid etdiyini vurğulayıb.

İnci Babayeva həmçinin Baş Prokurorluqdan məsələnin nəzarətdə saxlanılmasını xahiş edib. O, Nəsimi rayonu ərazisində qanunsuz fəaliyyət göstərildiyi ilə bağlı narahatlığını ifadə edərək, bu məsələnin araşdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, İnci Babayeva üzgərmə əməliyyatı olunub, lakin prosedurdan sonra ağır fəsadlarla üzləşib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyi açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər