Bakı-Quba yolunda avtomobil piyadanı vurdu

Bakı-Quba yolunda avtomobil piyadanı vurdu
27.09.2025 22:30 Hadisə

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllimov Cavanşir Əlizadə oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər