15 mərtəbəli binanın 16-cı mərtəbəsində yeni mənzil tikdilər
Bakıda 8 il əvvəl tikilərək istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansard hissəsində yeni mənzil inşa edilərək satışa çıxarılıb.
TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 133 ünvanında, Qış Parkının yaxınlığında yerləşən “Seven Points” MTK-nın inşa etdiyi premium yaşayış kompleksindən gedir.
Sosial şəbəkələrdə yayımlanan elanda mansardda tikilmiş 56 kvadratmetrlik, 3 otaqlı mənzilin 125 min manata satışa çıxarıldığı bildirilib.
Kompleks sakinlərinin sözlərinə görə, bina pilot layihə çərçivəsində inşa olunub.
Kompleksin komendantı isə bildirib ki, yaşayış binasında tikinti şirkəti tərəfindən həyata keçirilən ilkin mənzil satışları artıq başa çatıb.
Mansard hissəsində aparılan tikinti işlərinin qanuni olub-olmaması və bununla bağlı aidiyyəti qurumların mövqeyi hələlik məlum deyil.