Azərbaycanda yağışlı hava davam edir – FAKTİKİ HAVA

Azərbaycanda yağışlı hava davam edir – FAKTİKİ HAVA
07.10.2026 09:47 Gündəm

Azərbaycanda əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı: Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınır.

 TodayPress TV

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər