Paşinyan Rusiyaya qapını bağlamadı: Ermənistanın AES planı dəyişir?
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yeni Atom Elektrik Stansiyası (AES) üçün texnologiya ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
TodayPress TV xəbər verir ki, Paşinyan “Infocom” saytının “Ctrl Z” proqramına müsahibəsində Rusiya variantının da istisna edilmədiyini deyib.
Onun sözlərinə görə, yeni AES-ə maraq ölkədə həyata keçirilən yeni investisiya proqramları fonunda artır. Paşinyan qeyd edib ki, “Amazon” Ermənistanda investisiya yatırmağa hazırdır, lakin şirkətə 1 000 MVt gücündə və sutka ərzində sabit enerji təmin edə bilən stansiya lazımdır.
Kübra Musayeva