Türkiyə ordusu Səudiyyə yolunda - İDDİA

Türkiyə ordusu Səudiyyə yolunda - İDDİA
06.10.2026 21:36 Dünya

Türkiyə yaxın həftələrdə krallığa məhdud hərbi kontingent və texnika göndərərək Səudiyyə Ərəbistanındakı hərbi iştirakını artırmağı planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri türkiyəli rəsmilərə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyə 2025-ci ildən bəri Səudiyyə Ərəbistanının kritik vacib infrastrukturlarını qorumaq üçün orada texniki qruplar, HHM (hava hücumundan müdafiə) və REM (radioelektron mübarizə) vasitələri yerləşdirir.

Nəşrin mənbəsinin məlumatına görə, Türkiyə 2010-cu il tarixli ikitərəfli saziş əsasında texniki məqsədlərlə Səudiyyə Ərəbistanına məhdud kontingent göndərə bilər. Hərbi iştirakı genişləndirmək üçün respublika parlamentinin icazəsi lazımdır. Türkiyə qanunvericilərinin oktyabr ayı ərzində müvafiq mandata razılıq verəcəyi və Səudiyyə Ərəbistanına xüsusi təyinatlıların, pilotların və təyyarələrin göndəriləcəyi gözlənilir.

"Biz böyük əsgər qrupu göndərməyi və Yəməndəki vəziyyətə birbaşa müdaxilə etməyi planlaşdırmırıq", - deyə nəşr türkiyəli rəsmidən sitat gətirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər