Bəşəriyyət Aya köçür! NASA kosmik raketləri kütləvi şəkildə almağa başladı
NASA təxminən 30 milyard dollar dəyərində olması nəzərdə tutulan daimi Ay bazası layihəsini dəstəkləmək üçün çoxsaylı raket buraxılışlarının alınmasını planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" Ay bazası proqramının rəhbəri Karlos Qarsia-Qalana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, agentlik Ayın səthinə yük daşınması üçün alternativ imkanlar yaratmaq məqsədilə bir müqavilə çərçivəsində bir neçə növ raket almaq imkanını nəzərdən keçirir.
Qarsia-Qalan bildirib ki, NASA Ay bazasının bütün ehtiyaclarını qarşılaya biləcək daşıyıcı raketlərin kütləvi şəkildə alınması imkanını qiymətləndirir.
Bu strategiya Ay bazasının tikinti qrafiki ilə əlaqəlidir. İlk mərhələdə, 2028-ci ilə qədər NASA resursların araşdırılması üçün Ay səthinə eniş aparatları və roverlər göndərməyi planlaşdırır. 2029-cu ildən etibarən isə daşıma imkanlarına tələbatın kəskin artacağı gözlənilir. Agentlik enerji təchizatı sistemləri, yaşayış modulları və digər konstruksiyalar üçün 60 tona qədər avadanlığın Ayın səthinə çatdırılmasını nəzərdə tutur.
Aysel Mətləb