Nazir: “İbtidai siniflərin vəziyyəti yaxşı deyil”
"Nazirliyin prioriteti ibtidai təhsili normal vəziyyətə gətirməkdir. Çünki ibtidai siniflərin vəziyyəti yaxşı deyil".
TodayPress TV xəbər verir ki, bu sözləri elm və təhsil naziri 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, vacib olan çətin məsələləri həll etməkdir:
"Asan məsələləri hamı görür. Bunun həlli də asandır. Ancaq çətin məsələlər, əslində, gizli olanlardır. Daha yaxşı nəsil böyüyür. Onların intellekt səviyyəsini daha da qaldırmaq lazımdır", - deyə nazir qeyd edib.
Türkan İsgəndərli