Bu tarixdən bir çox müəllimin əməkhaqqısı artımla ödəniləcək

Bu tarixdən bir çox müəllimin əməkhaqqısı artımla ödəniləcək
12.09.2025 10:42 Elm və Təhsil

"Sentyabr ayının 15-dən 73 mindən çox müəllimin əməkhaqqısı artımla ödəniləcək".

TodayPress TV xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə bildirib.

Onun sözlərinə görə, bu il şəhər məktəblərində 80 faiz müəllim uğurla imtahanlardan keçib. 

"Elm və Təhsil Nazirliyinin əsas prioriteti qəzalı məktəblərin yenidənqurulmasını təmin etməkdir. Qarabağ və Şərqi Zəngəzurda 11 ümumtəhsil və 5 məktəbəqədər təhsil müəssisəsi təmir olunacaq".

Direktor əlavə edib ki, məktəbəhazırlıq qruplarına uşaq qəbulu 85 min nəfəri əhatə edir. 

Türkan İsgəndərli 

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər