Ali təhsil müəssisələrinə tələbə qəbuluna 60489 plan yeri ayrılıb
“2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna 60489 plan yeri ayrılıb”.
TodayPress TV xəbər verir ki, mayın 23-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə plan yerləri 2.21%, yəni 1309 yer artırılıb.
“Plan yerlərinin 28401-i dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 2.04% və ya 568 yer artıb”.
Töhfə Səməd