Zelenskidən "Belarus" xəbərdarlığı: Sərhəddə qeyri-adi hərəkətlilik var
Dünya
02.05.2026 21:20
Ukrayna Belarus ilə sərhədin müəyyən hissələrində qeyri-adi hərəkətlilik qeydə alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram"da paylaşdığı video müraciətində məlumat verib.
O, bu hərəkətliliyin 1 mayda müşahidə olunduğunu bildirsə də, təfərrüatları açıqlamayıb.
Zelenski Ukrayna tərəfinin hər şeyi yaxından sənədləşdirdiyini və vəziyyəti nəzarətdə saxladığını vurğulayıb və əlavə edib ki, ölkəsi zərurət yarandığı təqdirdə reaksiya verəcək.
"Ukrayna öz xalqını və suverenliyini müdafiə etməyə hazırdır. Ukraynaya qarşı hər hansı təcavüzkar hərəkətlərə sürüklənən hər kəs bunu başa düşməlidir", - deyə o vurğulayıb.
Belarus tərəfi Zelenskinin açıqlamalarına hələlik heç bir münasibət bildirməyib.
Aysel Mətləb
tag: Ukrayna,Belarus,Sərhəd,Zelenski,TodayPress TV,
