Zelenski və Tramp nə danışıb?
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 4-də ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Vaşinqtondakı Ukrayna səfirinin dəyişdirilməsi məsələsini müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Hazırda bu vəzifəni 2021-ci ildən Oksana Markarova tutur. Onun dəyişdirilməsi ilə bağlı müzakirələr Kiyev və Vaşinqton arasında münasibətlərin soyuması fonunda aparılır.
Məlumata görə, yeni səfir vəzifəsinə namizədlər arasında baş nazir Denis Şmıqal, onun müavini Olha Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko da var.
Türkan İsgəndərli