ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!”

ABŞ-dən İsraildəki vətəndaşlarına təcili xəbərdarlıq: “Hazır olun!”
24.07.2026 21:07 Dünya

ABŞ-nin Qüdsdəki səfirliyi İsraildə yaşayan və ya ölkədə səfərdə olan vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı yayıb.

TodayPress TV xəbər verir ki, xəbərdarlıqda bölgədə gərginliyin gözlənilmədən arta biləcəyi bildirilib. Bu səbəbdən vətəndaşlara mümkün uçuş ləğvləri, hava məkanının bağlanması və səyahətlərdə yarana biləcək fasilələrə hazır olmaları tövsiyə edilib.

Bununla yanaşı, amerikalılara yaşadıqları və ya olduqları əraziyə ən yaxın sığınacaqların yerini əvvəlcədən müəyyənləşdirmələri də məsləhət görülüb.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər