Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır

Zelenskinin yeni “kozırı”: Rekord məsafəli dronlar hazırlanır
24.07.2026 20:30 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, artıq gələn il Ukrayna ordusunun 5-10 min kilometr məsafə qət edə bilən pilotsuz uçuş aparatları (PUA) ilə təmin olunması mümkündür.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, hazırda Ukraynanın arsenalında 3 min kilometrdən çox uçuş məsafəsinə malik dronlar var. Zelenski əlavə edib ki, cari ilin sonunadək 4 min kilometrə qədər uça bilən yeni pilotsuz aparatların da silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər