Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı

Tsarukyana ağır zərbə: Ona məxsus zavodun direktoru saxlanıldı
24.07.2026 20:11 Dünya

Ermənistanda “Ararat” Konyak-Şərab-Araq Zavodunun direktoru Arman Davtyan saxlanılıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, zavod hazırda həbsdə olan iş adamı, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyana məxsusdur.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata əsasən, Arman Davtyan külli miqdarda vergidən yayınma ittihamı ilə saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər