“İran müharibədən sonra gücləndi” - Əraqçi elə danışdı ki…
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi son müharibədən daha güclü çıxıb və mövqeyi əvvəlki dövrlə müqayisədə xeyli möhkəmlənib.
TodayPress TV xəbər verir ki, nazirin sözlərinə görə, İran qarşıdakı mərhələləri də daha böyük güclə geridə qoyacaq.
“İslam Respublikası artıq güclü, qətiyyətli və davamlı dövlətin simvolu kimi tanınır. Bu, gələcəkdə də davam etdirəcəyimiz yoldur”, - deyə Abbas Əraqçi vurğulayıb.
Kübra Musayeva