Erməni ərikləri Rusiya bazarını tərk etdi: “Bonjour, Paris!”

Erməni ərikləri Rusiya bazarını tərk etdi: “Bonjour, Paris!”
24.07.2026 21:33 Dünya

Ermənistanın Fransaya ixrac etdiyi əriklər artıq Paris və ətraf ərazilərdə yerləşən ərzaq mağazalarında satışa çıxarılıb.

TodayPress TV xəbər verir ki, Rusiya bazarına məhsul tədarükündə yaranan çətinliklər və yeni ixrac istiqamətlərinin axtarışı fonunda İrəvan kənd təsərrüfatı məhsullarının ixracını Avropa ölkələrinə yönəltməyə davam edir.

Fransa bazarı Ermənistan kənd təsərrüfatı məhsulları üçün yeni ixrac istiqamətlərindən biri hesab olunur. Hazırda Ermənistan istehsalı olan əriklər Paris və ətraf şəhərlərdəki mağazalarda alıcılara təqdim edilir.

Kübra Musayeva

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər