Putin və Netanyahu barədə order verən prokuror vəzifəsindən uzaqlaşdırıldı

Putin və Netanyahu barədə order verən prokuror vəzifəsindən uzaqlaşdırıldı
24.07.2026 22:02 Dünya

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan cinsi qısnama ittihamları ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Kərim Xanın rəhbərliyi dövründə BCM bir sıra rezonans doğuran qərarlar qəbul edib. Onların arasında Rusiya Prezidenti Vladimir Putin, Rusiya Prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova, İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin sabiq müdafiə naziri Yoav Qalant barəsində həbs orderlərinin verilməsi də yer alır.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər