Zelenski Putinlə bağlı Trampa səsləndi

Zelenski Putinlə bağlı Trampa səsləndi
12.06.2025 09:59 Dünya

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı danışıqlar masasına əyləşdirmək istəyirsə, ona qarşı sərt sanksiyalar tətbiq etməlidir.

TodayPress TV xəbər verir ki, o, bu barədə Almaniyanın "Bild" nəşrinə müsahibə verib.

“Düşünürəm ki, tarix boyu Tramp üçün bütün dünyada sülhü bərpa etməkdən daha vacib heç nə olmayıb. Tramp sanksiyalar tətbiq etməlidir. əks halda, bu işləməyəcək",- deyə Zelenski bildirib.

Ukrayna lideri həmçinin deyib ki, Tramp Rusiyanın tamamilə dürüst və açıq olmadığını artıq başa düşür.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər