Yaxın şərqdə gecə nə baş verdi? Hərbi əməliyyatların miqyası genişlənir

Yaxın şərqdə gecə nə baş verdi? Hərbi əməliyyatların miqyası genişlənir
23.07.2026 10:11 Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi obyektlərinə növbəti zərbələr endirildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, hücumlar dəniz obyektlərini, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarları, sahil kəşfiyyat məntəqələrini və hava hücumundan müdafiə sistemlərini əhatə edib.

Axios nəşrinin məlumatına görə, ABŞ İrana qarşı əməliyyatların yenidən başlamasından sonra ilk dəfə strateji B-1 Lancer bombardmançısından istifadə edib. Nəşr bunu Vaşinqtonun hərbi əməliyyatların miqyasını genişləndirməsinin göstəricisi kimi qiymətləndirir.

İranın Mehr agentliyi isə ABŞ-ın İran–İraq sərhədində yerləşən Şalamçə sərhəd-keçid məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində 2 nəfərin həlak olduğunu, 11 nəfərin isə yaralandığını bildirib

SEPAH-ın yaydığı məlumata görə, Hörmüz boğazının minalanmış hissəsindən keçməyə cəhd edən üç tankerdən biri partlayaraq yanmağa başlayıb. Digər iki tanker isə marşrutu tərk edərək geri çəkilib.

Bununla yanaşı, İran Silahlı Qüvvələri Küveytdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb. Küveyt ordusu isə hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumlarını dəf etdiyini bəyan edib.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər