Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur

Yaponların da kökü kəsilir - Ömür uzanır, övlad doğulmur
29.07.2026 16:11 Dünya

Yaponiyada əcnəbilər nəzərə alınmadan hesablanan yerli əhalinin sayı son 42 ildə ilk dəfə 120 milyondan aşağı enib.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya hökumətinin açıqladığı rəsmi statistikada bildirilir.

Məlumata görə, son bir ildə ölkə vətəndaşlarının sayı 916 min nəfər azalaraq 119 milyon 736 min nəfərə düşüb. Bu, 1968-ci ildən bəri qeydə alınan ən yüksək azalma tempidir.

Eyni zamanda, Yaponiyada yaşayan əcnəbilərin sayı tarixdə ilk dəfə 4 milyonu ötüb.

Beləliklə, ölkənin ümumi əhalisi 123,7 milyon nəfər təşkil edib.

Yaponiyada son illər doğum səviyyəsinin rekord həddə enməsi və əhalinin sürətlə qocalması müşahidə olunur. Yerli ekspertlər hesab edirlər ki, bu tendensiya yaxın gələcəkdə ölkə üçün ciddi sosial-iqtisadi problemlər yarada bilər.

Onların fikrincə, hazırda çalışan yaponlar gələcəkdə bugünkü pensiyaçıların aldığı həcmdə pensiya ala bilməyə bilərlər.

Proqnozlara əsasən, 2053-cü ildə Yaponiyanın əhalisi 100 milyon, 2065-ci ildə isə 88 milyon nəfərə qədər azalacaq. Həmin dövrdə əhalinin 38 faizini 60 yaşdan yuxarı insanlar təşkil edəcək.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUL 2026
Bütün Xəbərlər