Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb

Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb
30.07.2026 08:15 Dünya

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Tokioda keçirilən mətbuat konfransında bildirib.

"Bu rəqəmə ölümünün zəlzələnin fəsadları ilə əlaqədar ola biləcəyi ehtimal edilən şəxslər də daxildir", - o bildirib.

Təbii fəlakət nəticəsində bir çox evlər elektrik enerjisi, su və qazsız qalıb. Bir sıra rayonlarda yaşayış evləri dağılıb, yollar və körpülər zədələnib.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4,6 min hərbi qulluqçusu cəlb edilib.

7,1 maqnitudalı zəlzələ son illər ərzində ölkədə baş verən ən güclü yeraltı təkanlardan biri olub.


XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər