Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah

Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah
30.07.2026 09:10 İdman

Karlo Ançelotti Braziliya millisinin oyun üslubu ilə bağlı tənqidlərə cavab verib. 

TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın oyun üslubu ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib. 

İtaliyalı mütəxəssisin sözlərinə görə, komandanın oyun modeli futbolçuların keyfiyyətlərinə uyğun qurulmalıdır.

“Bizi Norveçdən daha az topa sahib olduğumuza görə tənqid edirdilər. Ancaq hazırkı futbolçuların xüsusiyyətləri topa sahib olmağa əsaslanan futbol üçün tam uyğun deyil. Əgər gələcəkdə yüksək səviyyəli yeni yarımmüdafiəçi meydana çıxarsa, o zaman əlbəttə ki, topa nəzarətə əsaslanan oyun sərgiləmək mümkün olacaq”, – deyə Ançelotti bildirib.

Qeyd edək ki, Braziliya millisi 2026-cı il dünya çempionatında 1/8 final mərhələsində mübarizəni dayandırıb. 

Namiq HUN

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər