“Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir!
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Azərbaycan təmsilçisi “Qarabağ” Bolqarıstanda “ÇSKA Sofiya” klubunun qonağı olacaq.
TodayPress TV xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Qeyd edək ki, Sofiya uğuru sayəsində “Qarabağ” UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Şerif” - “Makkabi Tel-Əviv” cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” “ÇSKA Sofiya”ya uduzarsa, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) - PAOK cütün məğlubu ilə görüşəcək.
Namiq HUN