“Xaç atası”nın ulduzu vəfat etdi
Amerikalı aktyor və rejissor Robert Düval 95 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “AFP” agentliyi aktyorun həyat yoldaşına istinadən məlumat yayıb.
Robert Düval "Hərbi Xəstəxana", "Xaç atası" və “Apokalipsis bu gün” filmlərindəki rolları ilə geniş şöhrət qazanıb. O, 1983-cü ildə “Tender Mercies” filmindəki roluna görə Oskar Mükafatının “Ən yaxşı kişi rolu” nominasiyası üzrə mükafatına layiq görülüb.
Aysel Mətləb