"Vaşinqton təklifdən razı deyil" - ABŞ Prezidenti İrana yeni şərtlər qoydu

"Vaşinqton təklifdən razı deyil" - ABŞ Prezidenti İrana yeni şərtlər qoydu
01.05.2026 21:32 Dünya

"İran rəhbərliyi nüvə sazişi ilə bağlı razılıq əldə etmək istəyir, lakin ölkə daxilindəki fikir ayrılıqları səbəbindən ciddi qarışıqlıq yaşayır".

TodayPress TV xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp bildirib.

Amerika Prezidenti qeyd edib ki, İran liderləri çətin vəziyyətdədir:

“Vaşinqton İrandan aldığı təklifdən razı deyil. Tehran daha uyğun və qənaətbəxş təklif təqdim etməlidir”.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər