ÜST Yaxın Şərqdə nüvə təhlükəsinə hazırlaşır
Dünya
18.03.2026 15:57
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdəki münaqişə fonunda nüvə silahının istifadəsinə hazırlaşır.
TodayPress TV xəbər verir ki, ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi bu barədə "Politico"ya müsahibəsində bildirib:
"Ən pis ssenari nüvə hadisəsidir və bizi ən çox narahat edən də budur", – deyə Balxi qeyd edib.
O bildirib ki, ÜST işçiləri atom bombasının istifadəsi və ya nüvə obyektinə hücum da daxil olmaqla, "geniş mənada" nüvə hadisəsinə hazırdırlar. Bununla belə, Balxi əlavə edib ki, nüvə silahlarından istifadə olunarsa, dünyaya dəyəcək zərərin qarşısını heç bir hazırlıqla almaq mümkün deyil. ÜST nümayəndəsinin sözlərinə görə, belə bir hadisə baş verərsə, nəticələr onilliklər boyunca hiss olunacaq.
Jalə Rövşən
tag: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST),Yaxın Şərq,Hanan Balxi ,Nüvə ,Todaypress.tv,
