Ukraynaya yardımlar kəsilir? - Pentaqon 2027-ci il planını açıqladı

Ukraynaya yardımlar kəsilir? - Pentaqon 2027-ci il planını açıqladı
30.04.2026 22:50 Dünya

Pentaqonun 2027-ci maliyyə ili üçün büdcə layihəsində Ukraynaya hərbi yardım göstərilməsi üçün vəsait nəzərdə tutulmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ hərbi nazirinin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Herst məlumat verib.

"Bu büdcədə “USAI” (Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü) xətti ilə maliyyələşmə yoxdur", - deyə bildirilib.

Eyni zamanda, o qeyd edib ki, Pentaqon yaxın vaxtlarda Ukrayna üçün əvvəllər Konqres tərəfindən təsdiqlənmiş 400 milyon dollar məbləğində hərbi yardım paketinin istifadəsinə başlayacaq.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər