Ukraynada partlayış: Hava həyəcanı elan edildi

Ukraynada partlayış: Hava həyəcanı elan edildi
07.02.2026 10:00 Dünya

Ukraynanın mərkəzində yerləşən Vinitsa vilayətində partlayışlar baş verib, ölkə üzrə hava həyəcanı elan olunub.

TodayPress TV xəbər verir ki, “İctimai. Xəbərlər” nəşrinin məlumatına görə, Vinitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnaya regionun Rusiyanın kütləvi hava hücumuna məruz qaldığını açıqlayıb.

Hazırda Ukraynanın bütün ərazisində hava həyəcanı qüvvədədir.

Xatırladaq ki, fevralın 5-də Kiyevdə də partlayışlar qeydə alınıb. Ukrayna Strateji Araşdırmalar İnstitutunun analitiki Yuri Korolçuk paytaxtda tam elektrik kəsintisi riskinin olduğunu, generator və mini-istilik elektrik stansiyalarının tələbatı tam ödəyə bilmədiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər