Ukrayna Litvadan 22 generator aldı

Ukrayna Litvadan 22 generator aldı
11.02.2026 21:00 Dünya

Ukrayna Kiyevdəki xəstəxanalar və kritik infrastruktur üçün Litvadan ümumi gücü 13 MVt olan 22 generator alıb.  

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal “X” sosial şəbəkəsində yazıb. 

O bildirib ki, Litva generatorları paytaxtın su təchizatı və istilik sistemlərinə qoşulacaq. Şmıqalın sözlərinə görə, tammiqyaslı müharibənin başlanğıcından bəri Litva Ukraynaya 5900 tondan çox enerji avadanlığı olan 348 humanitar yardım göndərib. 

Qeyd edək ki, Litvanın Ukrayna Enerji Dəstək Fonduna verdiyi töhfə 5,7 milyon avrodur. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər