Ukrayna ilə bağlı kəşfiyyat iddiası: Finlandiya peyki risk altında
Rusiya Aerokosmik Qüvvələrinə məxsus olduğu bildirilən beş “Kosmos 2610/11/12/13/14” peykinin Ukraynaya kəşfiyyat məlumatı ötürdüyü iddia edilən Finlandiyanın “ICEYE-X36” peykini hədəfə aldığı irəli sürülüb.
TodayPress TV xəbər verir ki, KİV-in yaydığı məlumata görə, hazırda Rusiya tərəfi problemi radioelektron maneələr vasitəsilə həll etməyə çalışır.
Bildirilir ki, əgər bu cəhdlər nəticə verməsə, Finlandiya orbitdəki peyklərindən birini itirə bilər.
Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik açıqlama verilməyib.