Ukrayna Fransadan rekord həcmdə idarə olunan bombalar gözləyir

Ukrayna Fransadan rekord həcmdə idarə olunan bombalar gözləyir
10.02.2026 22:15 Dünya

Ukrayna Fransadan hərbi təyyarələr və idarə olunan bombaların tədarükünü gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “N-tv” telekanalı Ukraynanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. 

Mənbənin sözlərinə görə, Paris Kiyevə “Mirage 2000” tipli qırıcı təyyarələr göndərəcək. Ukrayna Silahlı Qüvvələrinin alacağı təyyarələrin dəqiq sayı hələlik açıqlanmır. 

Bundan əlavə, Kiyev “AASM Hammer” tipli idarə olunan bombaların rekord həcmdə tədarükünə, həmçinin “SAMP/T” zenit-raket sistemi üçün nəzərdə tutulan “Aster” raketlərinin istehsalının davam etdirilərək Ukraynaya verilməsinə ümid edir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər