Tusk Kremldən gələn təklifə "YOX" dedi: "Absurddur!"

Dünya

03.05.2026 17:59

Polşanın Baş naziri Donald Tusk Rusiyanın Qələbə Günü ilə bağlı atəşkəs təklifini sərt tənqid edib.

TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Donald Tusk bu təşəbbüsü “absurd” adlandırıb.

O bildirib ki, belə qısa müddətli atəşkəs ciddi sülh danışıqları üçün əsas yaratmır.

“Bu, absurddur. Mən Prezident Zelenskini belə təkliflə razılaşmağa çağırmayacağam. Əgər söhbət bir neçə saatlıq deyil, real sülh danışıqlarına aparan atəşkəsdən getsəydi, o zaman Polşa bunu dəstəkləyərdi”, — deyə Tusk qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Qələbə Günü münasibətilə atəşkəs elan etməyə hazır olduğunu bildirmişdi. Volodimir Zelenski belə atəşkəsin “taktiki addım” ola biləcəyini deyib.

Qiymət Mahir

tag: Polşa,Donald Tusk, Qələbə Günü,Zelenski,TodayPress TV,