Türkiyə Rusiya neftinin alışını azaltmağa başladı

Türkiyə Rusiya neftinin alışını azaltmağa başladı
02.11.2025 21:52 Dünya

Çin və Hindistanın neft emalı zavodlarından sonra Türkiyənin neft emalı zavodları da Rusiya neftinin alışını azaltmağa başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə birbaşa tanış olan iki mənbəyə və bir neçə sənaye mənbəyinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsi üçün istifadə edilən Rusiya neftinin satışını məhdudlaşdırmaq səylərinin nəticələrinin sübutudur.

Mənbələrin məlumatına görə, iri müəssisələr bu yaxınlarda İraq, Qazaxıstan və Rusiyanın digər rəqiblərindən neft tədarük ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər